AZ

Suriyanın birinci xanımı ilk dəfə görüntüləndi - VİDEO

Xəbər verdiyimiz kimi, Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaara (Culani) ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Culani səfər çərçivəsində Məkkədə Ümrə ziyarətində iştirak edib.

Onu bu səfərdə həyat yoldaşı Latifa əl-Şaara da müşayiət edib. Bununla da, Suriyanın birinci xanımı ilk dəfə görüntülənib.

Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Onu da xatırladaq ki, Əhməd əl-Şaara bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Seçilən
23
5
azpolitika.info

5Mənbələr