Xəbər verdiyimiz kimi, Suriyanın yeni hökumətinin lideri Əhməd əl-Şaara (Culani) ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
Hurriyyet.az xəbər verir ki, Culani səfər çərçivəsində Məkkədə Ümrə ziyarətində iştirak edib.
Onu bu səfərdə həyat yoldaşı Latifa əl-Şaara da müşayiət edib. Bununla da, Suriyanın birinci xanımı ilk dəfə görüntülənib.
Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Onu da xatırladaq ki, Əhməd əl-Şaara bu gün Türkiyəyə rəsmi səfər edəcək. (Qafqazinfo)