Bakı. Trend:
Fevralın 4-də Pakistan Prezidenti Asif Əli Zərdari və QırğızRespublikasının Prezidenti Sadır Japarovun Çinə dövlət səfərirəsmən başlayıb.
Trend xəbər verirki, hər iki dövlət başçısının təyyarəsi Pekin beynəlxalq havalimanına enib.
Səfər çərçivəsində liderlərin Çin rəsmiləri ilə yüksək səviyyəligörüşlər keçirməsi, iqtisadi və siyasi əməkdaşlıq məsələlərinimüzakirə etməsi gözlənilir.
Pakistan Prezidentinin səfəri fevralın 8-dək, QırğızıstanPrezidentinin səfəri isə fevralın 7-dək davam edəcək. Hər iki lidersəfər proqramı çərçivəsində Harbin şəhərində keçiriləcək 9-cu AsiyaQış Oyunlarının açılış mərasimində də iştirak edəcək.