AZ

Pakistan və Qırğızıstan prezidentləri Çinə səfər edib


Fevralın 4-də Pakistan Prezidenti Asif Əli Zərdari və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Çinə səfər edib.

Hər iki dövlət başçısının təyyarəsi Pekin beynəlxalq hava limanına enib.

Səfər çərçivəsində liderlərin Çin rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirməsi, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etməsi gözlənilir.

Pakistan Prezidentinin səfəri fevralın 8-dək, Qırğızıstan Prezidentinin səfəri isə fevralın 7-dək davam edəcək.
 
Hər iki lider səfər proqramı çərçivəsində Harbin şəhərində keçiriləcək 9-cu Asiya Qış Oyunlarının açılış mərasimində iştirak edəcək.

www.anews.az
Seçilən
15
4
anews.az

10Mənbələr