"CEYHAN-F" Məhdud Məsuliyyətli Cəmiyyətinə tərtib olunmuş protokola görə məhkəmə vaxtı dəyişib.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi protokol tərtib olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 493-cü maddasinə görə, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İşə 5 fevral tarixində Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılması təxirə salınaraq 20 fevral tarixinə keçirilib.
Sabiq İsbəndərli