AZ

Paşinyan: İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır

Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazırdır.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda Atlantik Şurasının müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan – Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik", – o qeyd edib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan hökuməti ABŞ Prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazda sülhün əldə olunması üçün daha çox səy göstərəcəyinə ümid edir.

“Prezident Trampın seçki kampaniyasını izləyərkən sülh gündəminin onun üçün çox vacib olduğunu gördük”, - hökümət başçısı vurğulayıb.

Görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanması prosesi, regional kommunikasiya yollarının açılması imkanları, həmçinin ABŞ ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Seçilən
56
9
xezerxeber.az

10Mənbələr