"Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazırdır..."
Tezadlar.az TASS-a istinadla bildirir ki, bunu Vaşinqtonda Atlantik Şurasının müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib: "Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan – Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik", – o qeyd edib.
Görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanması prosesi, regional kommunikasiya yollarının açılması imkanları, həmçinin ABŞ ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bax buna deyərlər "Dəlidən doğru xəbər...".
A.Məmmədli