Bakı. Trend:
Kəlbəcər rayonu ərazisində yerləşən iki kəndinlayihələndirilməsinə başlanılır. Trend-in əldə etdiyi məlumata görə, söhbətrayonun Otaqlı və Çıraq kəndlərinin (Tövlədərə kəndi ilə birlikdə)layihələndirilməsindən gedir.
Artıq bununla bağlı Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetməXidmətində müvafiq işlər start götürüb.
Qurum sözügedən kəndlərin layihələndirilməsi işlərini "PBA"Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilələrbağlayıb.
Müqavilələrə əsasən, Otaqlı kəndinin layihələndirilməsi üçünQSC-yə 596,1 min manat, Çıraq kəndinin (Tövlədərə kəndi iləbirlikdə) layihələndirilməsi üçün isə şirkətə 594,8 min manatödənilib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusununqələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti vəErmənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-daimzalanmış üçtərəfli Bəyanata əsasən, həmin il noyabrın 25-dəKəlbəcər rayonu Azərbaycana qaytarılıb.