AZ

Kəlbəcərin iki kəndinin layihələndirilməsinə başlanılır – 1,2 milyonluq LAYİHƏ

Kəlbəcər rayonu ərazisində yerləşən iki kəndin layihələndirilməsinə başlanılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, söhbət rayonun Otaqlı və Çıraq kəndlərinin (Tövlədərə kəndi ilə birlikdə) layihələndirilməsindən gedir.

Artıq bununla bağlı Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlər start götürüb.

Qurum sözügedən kəndlərin layihələndirilməsi işlərini "PBA" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilələr bağlayıb.

Müqavilələrə əsasən, Otaqlı kəndinin layihələndirilməsi üçün QSC-yə 596,1 min manat, Çıraq kəndinin (Tövlədərə kəndi ilə birlikdə) layihələndirilməsi üçün isə şirkətə 594,8 min manat ödənilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, həmin il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Seçilən
0
1
day.az

2Mənbələr