AZ

Keçən dəfə “yox” cavabı almışdı, bu il onunla şəkil çəkdirdi

Xəbər verdiyimiz kimi, dünya futbolunun sabiq ulduzu, “İnter” (Mayami) klubunun sahibi Devid Bekhem oğlu Romeo ilə birlikdə fevralın 3-ü Türkiyədə olub.

“Qafqazinfo”nun “Haberler.com”a istinadən məlumatına görə, türkiyəli mütəxəssis Fatih Terimin qızı Buse Terim Devid Bekhem ilə görüşərək onunla xatirə fotosu çəkdirib.

Şəkli öz instaqram hesabında paylaşan gənc qız bildirib: “Buna nail olduğumu deyə bilərikmi?”

Qeyd edək ki, Buse ötən il İtaliyada qarşılaşdığı Devid Bekhemlə şəkil çəkdirmək istəsə də, rədd cavabı almışdı. O bu barədə sosial şəbəkədə paylaşım edərək, “Bekhem necə də vecinə almadı...”, - deyə yazmışdı.





Seçilən
1
2
qafqazinfo.az

3Mənbələr