Xəbər verdiyimiz kimi, dünya futbolunun sabiq ulduzu, “İnter” (Mayami) klubunun sahibi Devid Bekhem oğlu Romeo ilə birlikdə fevralın 3-ü Türkiyədə olub.
“Qafqazinfo”nun “Haberler.com”a istinadən məlumatına görə, türkiyəli mütəxəssis Fatih Terimin qızı Buse Terim Devid Bekhem ilə görüşərək onunla xatirə fotosu çəkdirib.
Şəkli öz instaqram hesabında paylaşan gənc qız bildirib: “Buna nail olduğumu deyə bilərikmi?”
Qeyd edək ki, Buse ötən il İtaliyada qarşılaşdığı Devid Bekhemlə şəkil çəkdirmək istəsə də, rədd cavabı almışdı. O bu barədə sosial şəbəkədə paylaşım edərək, “Bekhem necə də vecinə almadı...”, - deyə yazmışdı.
![](https://qafqazinfo.az/uploads/1738735963/Screenshot_1.png)
![](https://qafqazinfo.az/uploads/1738737597/busee__2_.jpg)
![](https://qafqazinfo.az/uploads/1738737597/busee__3__-_Copy.jpg)
![](https://qafqazinfo.az/uploads/1738737597/busee__1_.jpg)