AZ

Son 2 ayda 6 təyyarə qəzası baş verib - 313 nəfər ölüb

Dünyada son iki ayda baş verən 6 təyyarə qəzasında ümumilikdə 313 nəfər həyatını itirib. Aralarında sərnişin və şəxsi təyyarələr olmaqla 4 ölümlə nəticələnən təyyarə qəzası qeydə alınıb.

Publika.az xəbər verir ki, dünyanın müxtəlif yerlərində baş verən qəzalar aviasiya sektorunda təhlükəsizlik standartlarını bir daha gündəmə gətirib.

Aktau qəzası

25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzada 32 nəfər sağ qalarkən, 38 nəfər həyatını itirib.

Cənubi Koreya

2024-cü il dekabrın 29-da Taylandın Banqkok şəhərindən havaya qalxan sərnişin təyyarəsi eniş şassisi aşağı düşmüş halda gövdəsi ilə Cənubi Koreyanın paytaxtı Seulun Muan Beynəlxalq Hava Limanına enib və divara çırpılıb. Cənubi Koreyanın ən ölümcül təyyarə qəzasında dörd ekipaj üzvü də daxil olmaqla 179 nəfər həyatını itirib, iki kabin heyəti üzvü isə xəstəxanaya yerləşdirilib.

Cənubi Sudan

29 yanvar 2025-ci ildə Cənubi Sudanda neft işçilərini daşıyan təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Təyyarədə olan 21 nəfərdən 20-si həyatını itirib.

Seçilən
40
2
publika.az

5Mənbələr