AZ

Qazaxıstan Azərbaycandan qeyri-neft məhsulları idxalını 38% artırıb

Bakı, TurkicWorld

Ötən il Azərbaycandan Qazaxıstana 131,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə TurkicWorld Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 36,2 milyon ABŞ dolları və ya 38,1% çoxdur. Hesabat dövründə Qazaxıstana qeyri-neft məhsulları ixracı Azərbaycanın ümumi ixracının 3,91%-ni təşkil edib.

Eyni zamanda, 2024-cü ildə Azərbaycanla Qazaxıstan arasında ticarət əməliyyatlarının həcmi 470,4 milyon ABŞ dolları olub. Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 156,3 milyon ABŞ dolları və ya 49,7% çoxdur.

Ötən il Azərbaycandan Qazaxıstana 133,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 34,6 milyon ABŞ dolları və ya 35,1% çoxdur. 2024-cü ildə Azərbaycan Qazaxıstandan məhsul idxalını illik müqayisədə 121,7 milyon ABŞ dolları və ya 56,4% artıraraq 337,2 milyon ABŞ dollarına çatdırıb.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Seçilən
0
5
turkic.world

6Mənbələr