AZ

Azərbaycandan Qazaxıstana qeyri-neft məhsullarının ixracı 38,1% artıb

Fins.az - Ötən il Azərbaycandan Qazaxıstana 131,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu, 2023-cü illə müqayisədə 38,1% artaraq 36,2 milyon ABŞ dolları çox olub. Qazaxıstana ixrac edilən qeyri-neft məhsulları, Azərbaycanın ümumi ixracının 3,91%-ni təşkil edib.

2024-cü ildə Azərbaycanla Qazaxıstan arasındakı ticarət həcmi 470,4 milyon ABŞ dollarına çatıb ki, bu da 2023-cü illə müqayisədə 49,7% artım göstərir. 2024-cü ildə Azərbaycanın Qazaxıstandan məhsul idxalı da 56,4% artaraq 337,2 milyon ABŞ dollarına yüksəlib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycan 47,6 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı həyata keçirib. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azalma təşkil edir. İxrac isə 21,7% azalıb, idxal isə 21,8% artıb. Nəticədə xarici ticarətdə 5,5 milyard ABŞ dolları müsbət saldo yaranıb, amma bu göstərici 3 dəfə azalıb.

Zemfira Ms
Fins.az

Seçilən
1
5
fins.az

6Mənbələr