"Football-plus.az" xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi "Qarabağ"ın mətbuat xidmətinə açıqlamasında Azərbaycan xalqına və kluba təşəkkür edib:
"Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm. "Qarabağ"a hər şeyin ən yaxşısını arzulayıram. Həmişə sizi dəstəkləyəcəyəm. Çox sağ ol, "Qarabağ"! Çox sağ ol, Azərbaycan!"
Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Romao bu müddət ərzində 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində ölkə çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
Bu gün Macarıstan "Ferentsvaroş"u Romaonu transfer etdiklərini açıqlayıb.