AZ

“Sabah”ın futbolçusucəzalandırıldı

“Sabah”ın futbolçusu İqor Noqeyra Misli Premyer Liqasının XXI turunda “Kəpəz”lə oyunda qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Bakı klubu həmçinin 63-cü dəqiqədə ikinci sarıdan sonra qırmızı vərəqə görən legionerə görə 500 manat cərimə ödəyəcək.

“Neftçi” – “Şamaxı” oyununda qonaqlar 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib. “Araz-Naxçıvan” isə “Sumqayıt”la oyunda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən eyni məbləğdə ziyana düşüb.

“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə isə “Zirə” klubu 800 manat cərimə olunub.

Seçilən
2
5
redaktor.az

10Mənbələr