AZ

"Mənə şans veriləcək günü səbirsizliklə gözləyirəm" - Trent Buhagiar

Mənə şans veriləcək günü səbirsizliklə gözləyirəm.

"Football-plus.az" xəbər verir ki, bunu "Kəpəz"in yeni transferi Trent Buhagiar klubun mətbuat xidmətinə açıqlamasında deyib. Maltalı futbolçu ölkə kubokunun 1/4 finalında bu gün baş tutacaq “Neftçi”yə qarşı matçda meydana çıxmağa hazır olduğunu bildirib:

"Yeni komandamda bir müddətdi məşqlərə qoşulmuşam. Meydana çıxmağa hazıram. Amma bu, baş məşqçiyə aid məsələdi. Mənə şans veriləcək günü səbirsizliklə gözləyirəm. Uğurlarda payımın olmasını istəyirəm. Qələbəyə həvəsli, istəkli komandamız var. Oyunçular meydanda can qoyurlar. “Səbail” və “Sabah”a qarşı oyunları tribunadan izləmişəm. Bakıdakı görüşdə bəxtimiz gətirmədi. Komanda qələbə qazanmağa çalışdı. Lakin alınmadı. Tovuzda isə daha döyüşkən ruhda oynadıq və layiq olduğumuz qələbəni qazandıq. Ümid edirəm ki, bundan sonrakı matçlarımız da eyni tərzdə keçəcək”.

Qış fasiləsində İtaliyanın "Breşiya" klubundan Gəncə təmsilçisinə transfer olunan 26 yaşlı hücumçu komandanın qarşısına qoyulan hədəfin reallaşması üçün çalışacağını söyləyib:

“Kollektivdə keyfiyyətli futbolçular çoxdu. Hamı bir məqsəd üçün mübarizə aparır. Məşqdə də, oyunda da görünən budur. İnanıram ki, vəzifənin öhdəsindən gələ biləcəyik. Mən də komandanın bir parçası olaraq bu tapşırıq üçün gücümü qoyacağam”.

Qeyd edək ki, Tovuz şəhər stadionunda baş tutacaq "Kəpəz" - "Neftçi" görüşünün start fiti saat 16.00-da səsləndiriləcək.
Seçilən
15
11
football-plus.az

10Mənbələr