AZ

"Bütüntəhlükəsizlik tələbləri nəzərə alınmalı və əməl edilməlidir"— Güclü küləyin fəsadlarından necə qorunaq?

Hazırda Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Sinoptiklərin məlumatına görə yaxın günlərdə Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək.

Bununla bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, güclü külək ilə müşayiət olunan hava şəraitində daha diqqətli olmaq lazımdır:

“İnsanların da diqqət etməli olduğu təhlükəsizlik qaydaları var. Bunlara hansı ki dağılma, aşma, uçma müvəqqəti və yüngül konstruksiyalı tikililər, reklam lövhələrini aid etmək olar. Bunların yaxınlığından keçmək, dayanmaq olmaz. Vacib deyilsə, müəyyən səfərləri təxirə salma ehtimalları varsa, küçəyə çıxmasınlar. Güclü küləyin yarada biləcəyi təhlükələrdən özümüzü qorumalıyıq. Təbii ki, burada müəyyən iş yerləri var ki insanlar yüksəklikdə çalışırlar. Bu zaman işçilər maksimum təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Bütün  təhlükəsizlik tələbləri nəzərə alınmalı və əməl edilməlidir. Ən əsas insan sağlamlığıdır”. 

Leyla Turan
Demokrat.az
Seçilən
1
28
demokrat.az

10Mənbələr