Məlum olduğu kimi, Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunur.
Açıqlanan rəsmi məlumata görə bu cür hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək.
Hava şəraiti ilə bağlı aidiyyəti qurumlar xəbərdarlıq edib.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib ki, havanın küləkli olması ilə əlaqədar olaraq, təhlükə riskli sahələrdə işlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına daha ciddi riayət etmək lazımdır:
"Küləyin sürəti 15 m/s olanda açıq havada işçilərin çalışdırılması yolverilməzdir. Hündürlükdə görülən işlər dayandırıla və işçilər təhlükəsiz yerdə digər işlərin görülməsinə cəlb oluna bilərlər. Daha sonra işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilməlidir. Başında dəbilqə, xüsusi geyim forması , iş ayaq geyimi, hündürlükdə görəcəyi işlə bağlı təhlükəsizlik kəməri,eynək,əlcək ilə təmin olunmalıdır. Küləkli havada tez alışan, yanma riski yüksək olan materialların saxlanılması və daşınması zamanı da diqqətli olmaq lazımdır”.
Sevinc