\"Qarabağ” Julio Romao ilə yollarını ayırıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən \"köhlən atlar\"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, \"Qarabağ”dan ayrılan Romao Macarıstanın \"Ferentsvaroş\" klubuna keçib.