AZ

Azərbaycanın 33 cüdoçusu Parisdəki təlim-məşq toplanışında iştirak edir

Azərbaycanın 33 cüdoçusu Fransanın paytaxtı Parisdəki beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Hazırlıq prosesi fevralın 6-dək davam edəcək. Toplanış Bakıda keçiriləcək "Böyük Dəbilqə"yə və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Bakıdakı turnir 14-16 fevralda təşkil olunacaq.

Seçilən
52
6
bakivaxti.az

7Mənbələr