Azərbaycanın 33 cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil olunan beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Rekord.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi fevralın 6-dək davam edəcək.
Toplanış Bakıda keçiriləcək "Böyük Dəbilqə"yə və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Bakıdakı turnir fevralın 14-16-da təşkil olunacaq.