AZ

Trampın fələstinlilərlə bağlı təklifinə Hakan Fidandan REAKSİYA

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı bəyanatına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, H.Fidan bu barədə "Anadolu" agentliyinin sualına cavab verərkən danışıb.

D.Trampın fələstinlilərin Qəzza zolağından çıxarılmana dair açıqlmasını şərh edən türkiyəli diplomat vurğulayıb ki, bu nə regionun, nə də rəsmi Ankaranının qəbul edə biləcəyi vəziyyətdir.

"Hətta bu barədə düşünmək belə vaxt itkisidir. Bunu müzakirəyə çıxarmaq da düzgün deyil", - deyə H.Fidan qeyd edib.

Xarici işlər naziri həmçinin əlavə edib ki, Türkiyə Qəzza zolağında fələstinlilərin maraqlarına cavab verməyən istənilən təşəbbüsün əleyhinədir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, bu fikri İordaniya Kralı II Abdullahla telefon danışığı zamanı irəli sürüb. D.Tramp qeyd edib ki, Qəzza artıq xarabalığa çevrilib, orada salamat bina qalmayıb və gələcəkdə İsrailin bu ərazini yenidən bombalamayacağına dair təminat yoxdur.
Seçilən
10
1
sherg.az

2Mənbələr