AZ

Trampın fələstinlilərlə bağlı təklifinə Hakan Fidandan REAKSİYA

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı bəyanatına münasibət bildirib.

Demokrat.az xəbər verir ki, H.Fidan bu barədə "Anadolu" agentliyinin sualına cavab verərkən danışıb.

D.Trampın fələstinlilərin Qəzza zolağından çıxarılmana dair açıqlmasını şərh edən türkiyəli diplomat vurğulayıb ki, bu nə regionun, nə də rəsmi Ankaranının qəbul edə biləcəyi vəziyyətdir.

"Hətta bu barədə düşünmək belə vaxt itkisidir. Bunu müzakirəyə çıxarmaq da düzgün deyil", - deyə H.Fidan qeyd edib.

Xarici işlər naziri həmçinin əlavə edib ki, Türkiyə Qəzza zolağında fələstinlilərin maraqlarına cavab verməyən istənilən təşəbbüsün əleyhinədir.

Seçilən
0
1
demokrat.az

2Mənbələr