Olaylar.az "baku.ws"ə istinadən xəbər verir ki, bu gün saat 14:30 radələrində, metronun "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarlardan birində müşahidə kamerasından vaqona su tökülməyə başlayıb.
Hansı səbəbdən baş verdiyi bilinməyən hal, sərnişinləri narahat edib.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib ki, məsələ dərhal nəzarətə götürülüb:
"Operativ tədbirlər üçün müvafiq tapşırıq verilib. Bununla bağlı əlavə məlumat təqdim olunacaq".
Həmin görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31