AZ

Bakıda metro vaqonuna su damdı

Bu gün günorta saatlarında metronun "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarlardan birində vaqona su damıb.

Sitat.info xəbər verir ki, bununla bağlı görüntülər yayılıb.

Bakı Metropoliteni QSC-dən məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, məsələ dərhal nəzarətə götürülüb.

“Operativ tədbirlər üçün müvafiq tapşırıq verilib. Bununla bağlı əlavə məlumat təqdim olunacaq”.

Seçilən
0
1
sitat.info

10Mənbələr