“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri Aybəniz İsmayılova bu gün nvəzifəsindən rəsmən azad edilib.
Mia.az-ın əldə etdiyi məlumata gərə, ADY rəhbəri Rövşən Rüstəmov onu ötən ayın əvvəlində vəzifədən kənarlaşdırmağa çalışsa da, departament rəhbəri məzuniyyət götürdüyündən, bu, mümkün olmayıb.
Mia.az həmin saytlara istinadla bir neçə gün əvvəl baş verənləri tirajlamışdı: ( https://www.mia.az/w1078533/rovsen-rustemovnbspxanim-pr-menecere-niye-quotyoxquot-deyib-quotport-bakuquotdan-baslayan-problem-boyuyur-2025-02-03-171418)
Məşhur PR menecer Ayan Nəcəf “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri vəzifəsinə namizədliyini irəli sürüb.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, rəhbərlik ona imtina cavabı verib.
AYAN NƏCƏF
Qeyd edək ki, A.Nəcəf 2023-cü ilə qədər Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi, sonra isə Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Onun ADY-də namizədliyini irəli sürdüyü vəzifəni isə fevralın 3-dək Aybəniz İsmayılova tuturdu.
Bir neçə gün əvvəl isə Aybəniz İsmaylovanın haqqında maraqlı iddialar ortaya çıxıb.
Mia.az Demokrat.az-a istinadla xəbər verir ki, Aybəniz İsmaylova bu yaxınlarda Azərbaycanın tanınmış jurnalistlərini “Port Baku”ya dəvət edərək, onlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) PR işinin qurulmasında trolluq fəaliyyəti təklif edib.
AYBƏNİZ İSMAYILOVA
Demokrat.az-ın etibarlı mənbədən əldə məlumata görə, Aybəniz İsmaylova “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, AYNA və "Bakı Metropoliteni" QSC-nin də PR-la bağlı tenderlərini ələ keçirməyə çalışırmış.
Departament müdiri deyilənlərin iftira olduğunu bildirib: “Qətiyyən belə bir şey yoxdur. İftiradır. Mən hazırda məzuniyyətdəyəm. Hara lazımdırsa, dəstək verirəm, amma əlavə suallara bu dəqiqə ehtiyac yoxdur”.
ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev saytımıza açıqlamasında iddiaları təkzib edib: “Aybəniz xanım hazırda əmək məzuniyyətindədir. Yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə iddianı təkzib edirik. Yeni məlumat olsa, ictimaiyyətə bu barədə məlumat verəcəyik”.
Xatrladaq ki, “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Rövşən Rüstəmovdur...
MİA.AZ