AZ

PREZİDENT NAZİRİ VƏZİFƏSİNDƏN AZAD ETDİ - Muxtar Babayevə yeni vəzifə verildi + DOSYE

Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər Sərəncamla M.Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

"AzPolitika" xatırladır ki, Muxtar Bahadur oğlu Babayev 16 oktyabr 1967-ci il tarixində Bakı şəhərində anadan olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib.

1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.

1994-2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003-2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının “Dünya iqtisadiyyatı” ixtisasını bitirib.

2007-2010-cu illərdə SOCAR-da Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010-2018-ci illərdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2018-ci il aprelin 23-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri təyin olunub.

2017-ci il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni, 19 sentyabr 2012-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
9
2
Demokratikmusavat.com

9Mənbələr