AZ

Qazaxıstanda USAID-in fəaliyyətinin yoxlanılması tələb edilib

Qazaxıstanda xarici sponsorlar, xüsusilə USAID tərəfindən ayrılan vəsaitlərin auditinin aparılması tələb edilib.

Parlamentin iclasında \"Qazaxıstan Xalq Partiyası\" fraksiyasının nümayəndəsi Məhərrəm Məhərrəmov bildirib ki, USAID ətrafında gedən qalmaqallar və söhbətlər fonunda yeni şok təfərrüatlar üzə çıxır.

O qeyd edib ki, Ağ Evin rəsmi bəyanatında USAID-in onilliklər boyu \"zərərli layihələr\"i maliyyələşdirdiyi bildirilir. Bu bəyanatları nəzərə alaraq, milyardlarla vəsaitin Mərkəzi Asiyada daha hansı \"xeyirxah\" məqsədlərə yönəldildiyini öyrənmək lazımdır.

\"Bizim regionumuza gəlincə, 2022-2025-ci illərdə USAID Mərkəzi Asiyada insan hüquqları və bərabərliyin gücləndirilməsinə 2 milyon dollar ayırıb. Proqramın icraçısı Avropa Beynəlxalq Lesbiyan, Gey, Biseksual, Transgender və İnterseksuallar Assosiasiyasıdır. Bu təşkilat ABŞ hökumətinin Qazaxıstandakı yardım proqramlarını həyata keçirir\", - deputat bildirib. O, Ədliyyə və Milli İqtisadiyyat nazirliklərinə müvafiq sorğu göndərdiyini deyib.

Deputat vurğulayıb ki, vəsaitlərin hara getdiyini və kimin aldığını araşdırmaq lazımdır. Xüsusilə də nəzərə alsaq ki, bəzi qrupların \"cinsi azlıqların hüquqları\" şüarı altında vaxtaşırı \"fəallığı\" cəmiyyətin daxili tələbatına görə deyil, xarici təsir altında, o cümlədən xaricdən maliyyə dəstəyi ilə baş verir.

M.Məhərrəmov vurğulayıb ki, Ədliyyə Nazirliyi və ümumilikdə hökumət qazaxıstanlı uşaqların bu cür zərərli \"sponsor\" layihələrindən müdafiəsini və təhlükəsizliyini təmin etməlidir.
 
///report
Seçilən
0
3
azxeber.com

10Mənbələr