“Limit dünyanın heç bir ölkəsinə xeyir gətirməyib. Amma yenə də öz qərarınızdır. Mən limitə qarşıyam. Fikrimcə, limitin heç bir faydası da yoxdur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”la 0:0 hesabla bitən qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
43 yaşlı mütəxəssis əvvəlcə heç-heçə ilə bitən görüşü şərh edib: “Nəyisə şərh etmək çətindir. Amma ümid edirəm ki, nə vaxtsa "Sumqayıt"ın qapısına yol tapıb qol vuracağıq".
Sadəcə kubok oyununa deyil, çempionat matçına da köklənirik. Çünki qarşıda oyunlarımız var. Bizim məqsədimiz hər bir oyunda qalib gəlməkdir”.
V.Berezutski gənc futbolçu Xəyal Əliyevin az şans qazanması barədə isə bu sözləri qeyd edib: “O, demək olar ki, hər zaman meydanaya çıxır. Bundan əvvəlki matçda da oynayıb. Əksinə, Xəyal Əliyevin hansısa matçda oynamamasını xatırlamıram. Xəyalı bəyənirəm. Perspektivli futbolçudur. Böyük gələcəyi var. Azərbaycan futbolunda bu cür gənclərə şans tanımaq lazımdır. Çünki onlar inkişaf edəcəklər”.
Qeyd edək ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində “Sabah” fevralın 27-si “Sumqayıt”ın qonağı olacaq.