“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi nəqliyyat vasitələri üçün şin alır.
Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə “TS Motors” MMC ilə müqavilə bağlamağı və 655 665 AZN köçürməyi planlaşdırır.
Siyahıya müxtəlif markalı avtonəqliyyat vasitələrinin şinləri daxildir.