AZ

Xamenei Hizbullah liderinə yeni vəzifə verdi

İranın ali dini lideri Ayətullah Əli Xamenei Livanla bağlı yeni fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, o, İsraillə müharibə aparan Hizbullah lideri Naim Qasimini Livanda dini işlər üzrə müavin təyin edib.

Xamenei Hizbullah lideri Qasimini özünə zəkat və ya kəffarə şəklində dini vəsaitlərin qəbulu və bölüşdürülməsi, dini işlərin idarə edilməsi üzrə müavin təyin edib.

Bu vəzifəni daha əvvəl 27 sentyabr 2024-cü ildə İsrailin hava hücumu nəticəsində öldürülən Hizbullahın keçmiş lideri Həsən Nəsrullah tutmuşdu.


Müəllif: Teleqraf.com
Seçilən
14
2
teleqraf.com

3Mənbələr