AZ

Xamenei "Hizbullah"la bağlı fərman verib 

İranın ali lideri Ayətullah Əli Xamenei Livanda İsraillə müharibə aparan "Hizbullah" lideri Nəim Qasimini yeni vəzifəyə təyin edib.

Ölkə.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyasının məlumatında deyilir.

Xamenei Hizbullah lideri Qasimini zəkat və ya kəffarə şəklində dini vəsaitlərin qəbulu, bölüşdürülməsi və dini işlərin idarə edilməsi üzrə vəkili təyin etməsi barədə fərman imzalayıb.

Bu vəzifəni daha əvvəl 27 sentyabr 2024-cü ildə İsrailin hava hücumu nəticəsində öldürülən "Hizbullah"ın keçmiş lideri Həsən Nəsrullah daşıyırdı.

Mürtəza
Ölkə.Az

Seçilən
7
2
olke.az

3Mənbələr