Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın üç regionu və Azov dənizi üzərində Ukraynanın 28 PUA-sını vurub.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb .
Məlumatda deyilir: “Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 28 pilotsuz uçuş aparatını məhv edib: Azov dənizi suları üzərində 13, Rostov vilayəti ərazisində 8, Krasnodar vilayəti ərazisi üzərində 6 və Həştərxan vilayəti ərazisi üzərində 1 PUA vurulub”.