Gecə ərzində hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində Ukraynanın 35 pilotsuz uçuş aparatını (PUA) məhv edib və ələ keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 18 PUA - Kursk vilayətinin ərazisi üzərində; hər biri 4 - Oryol vilayəti və Krasnodar diyarı ərazisi üzərində, Voronej və Rostov vilayətləri ərazisində hər biri 3, Bryansk və Tula vilayətləri və Krım Respublikası ərazilərində isə 1 ədəd zərərsizləşdirilib.