Bakı. Trend:
Yevlax Pilot Aqroparkı üzrə 2280 ha sahədə 34 sahibkarlıqsubyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindənümumilikdə 55,2 mln. manatadək özəl investisiyanın yatırılması ilə331 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri SeymurAdıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.
O xatırladıb ki, ümumi ərazisi 2807 hektar olan Yevlax PilotAqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunmasıilə yaradılan ilk aqroparkdır:
"Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq vəquşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılmasınəzərdə tutulub. Aqroparkın 2807 hektar ərazisinin 1185 hektarıparsellərə (58 parsel) bölünmüş sahələr, 1298 hektarı heyvanlarınyem təminatı və pambıqçılıq sahələri, 141 hektarı sənaye zonası,qalan 183 hektarı isə mühafizə zolaqları və təsərrüfatdaxiliyollardır.
Aqroparkda dövlət investisiyası hesabına tutumu 110 min kubmetrolan membran örtüklü su anbarı və 8 aqreqatlı nasos stansiyası inşaolunmuş, parsellərə bölünmüş 800 hektar (40 parsel) ərazinintəzyiqli su və elektrik təchizatı tam təmin olunmuş,təsərrüfatdaxili yollar çəkilmiş və uzunluğu 12,5 kilometr olan selötürücü kanalın 10,4 kilometrlik hissəsi tikilib. Qalan 385 ha (18parsel) ərazinin su və elektrik təchizatı, daxili yollar və suötürücü kanalların tikintisi üzrə işlərin 2025-ci ildəyekunlaşdırılması planlaşdırılır".
"Aqropark üzrə 2280 ha sahədə 34 sahibkarlıq subyekti rezidentkimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 55,2 mln.manatadək özəl investisiyanın yatırılması ilə 331 nəfər üçün daimiiş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlərtərəfindən 44 mln. manat investisiya qoyulmaqla 121 daimi, 457mövsümi iş yeri açılıb. 21 rezident tərəfindən 1199 ha ərazidə əkinişləri aparılıb, 412.5 ha sahədə intensiv və superintensiv meyvəbağları salınıb. Aqroparkda 1,1 min ton buğda, 0,6 min ton arpa,0,4 min ton pambıq və 660 min ədəd ting istehsal olunub", -S.Adıgözəlovvurğulayıb.
"Həmçinin, Aqroparkda 2024-cü ildə yığım da həyata keçirilib vəbağlar yeni salındığı üçün ümumilikdə 44 ton çəyirdəkli (şaftalı,ərik, nektarin, alça və s.) meyvə yığılıb.
Artıq Aqroparkın ərazisinin 80%-dən çox hissəsi sahibkarlarınistifadəsinə verilib", - deyə İZİA rəsmisi qeyd edib.