AZ

Azərbaycanda avtomobil istehsalı 34 faiz artıb

Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34% artıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Srymur Adıgözəlov jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Məlumat üçün bildirim ki, 2018-ci ildən 2024-cü il də daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib. Təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34 faiz artıb”, - o bildirib.

"Cebheinfo.az"

Seçilən
9
3
cebheinfo.az

10Mənbələr