2018-ci ildən 2024-cü il də daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.
Çinin məhşur BYD şirkəti Sumqayıtda elektrikli avtobuslar istehsal edəcək
FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında məlumat verib.
Sədr öz çıxışında qeyd edib ki, "Təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34% artıb".