Bakı, 6 fevral, AZƏRTAC
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Şotlandiyanın Aberdinşir inzibati ərazi vahidində, Orkney adalarında, Peru Respublikasının Lambaeke, Lima, İka regionlarında, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Kamboca Krallığının Kampot, Battambanq əyalətlərində, İtaliya Respublikasının Apuliya regionunda, Litva Respublikasının Mariyampol dairəsində, Amerika Birləşmiş Ştatlarının Oreqon, Yuta ştatlarında yüksək patogen quş qripi, Rusiya Federasiyasının Vladimir vilayətində Nyukasl, Çin Xalq Respublikasının isə Çonqqinq əyalətində qeydə alınmış dabaq xəstəliyi aradan qaldırılıb.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.