Ucarda məktəbli sinif yoldaşına ağır xəsarət yetirib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.
Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009- cu il təvəllüdlü M. H. sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Belə ki, Q. H. M. H-ya bıçaqla xəsarətlər yetirib.
Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.
Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.
Bizim.Media
Mənbə: bizim.media