Ucarda məktəblinin sinif yoldaşını bıçaqlama hadisəsi ilə bağlı Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır. Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd olunub ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. *** 10:20 Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib. Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yolıdaşına bıçaqla xəsarətlər yetirib. Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb. Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.