AZ

Makron Əhməd əl-Şaranı Fransaya dəvət edib

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara Fransa lideri Emmanuel Makrondan Parisə rəsmi səfərə dəvət alıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya liderinin ofisi Makronla telefon danışığından sonra məlumat yayıb.

“Əhməd Əl-Şara Fransa prezidentindən yaxın həftələrdə Fransaya səfər etmək üçün dəvət alıb”, - məlumatda deyilir.

Ofisin bildirdiyinə görə, Makron Əl-Şaranı prezidentliyə başlaması münasibətilə təbrik edib və Suriyanın keçid mərhələsinə tam dəstəyini ifadə edib.

"Prezidentlər Suriyanın təhlükəsizlik problemlərini və onun sabitliyini qorumaq üçün birgə işləmək zərurətini müzakirə ediblər", - məlumatda deyilir.

Seçilən
30
2
bakivaxti.az

3Mənbələr