![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/6/1/45a343b5-5f7e-44b2-87fa-8155d5120a1c/makron-el-sera_638744508574621678.jpg)
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəra fransalı həmkarı Emmanuel Makrondan gələn həftələrdə Parisə rəsmi səfərə dəvət alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Suriya liderinin ofisi onun Makronla telefon danışığından sonra məlumat yayıb.
“Əhməd Əl-Şəra Fransa prezidentindən yaxın həftələrdə Fransaya səfər etmək üçün dəvət alıb”, - məlumatda bildirilib.
Ofisin məlumatına görə, Makron Əl-Şəranı prezidentliyə başlaması münasibətilə təbrik edib və Suriyanın keçid mərhələsinə tam dəstəyini ifadə edib.