AZ

Rəşad Nəbiyev Hacıqabulda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 6 fevraldaHacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarıqəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl nazirAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsiniziyarət edib və önünə gül dəstəsi qoyub.

Salyan, Kürdəmir, Hacıqabul rayonları və Şirvan şəhərsakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədəninternet, teleradio yayımı və poçt xidmətləri ilə bağlımüraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun vəoperativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyətiqurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismidərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinəaid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb vəmüvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digəridarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda fevral ayıüzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Rəşad
Seçilən
54
11
az.trend.az

10Mənbələr