Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev fevralın 6-da Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
RİNN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Salyan, Kürdəmir, Hacıqabul rayonları və Şirvan şəhər sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
RİNN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
![](https://qafqazinfo.az/uploads/1738840185/++AMIN2098.jpg)