Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) növbəti sınaq matçına çıxıb.
Arena.az xəbər verir ki, U-19 millimiz növbəti dəfə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minsk şəhərində təşkil olunmuş oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, bu komandalar arasında fevralın 4-də keçirilmiş ilk görüşdə də Belarus seçməsi 2:0 hesablı qələbə qazanmışdı.