AZ

Millimiz Belarusa yenə uduzdu

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət millimiz ikinci yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, U-19 növbəti dəfə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında fevralın 4-də keçirilən ilk görüşdə də Belarus seçməsi 2:0 hesablı qələbə qazanıb.

Seçilən
137
13
football-plus.az

10Mənbələr