AZ

"Haber Global": "Səudiyyə Ərəbistanı Trampın yalanını üzə çıxardı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Trampın Qəzza sakinlərinin başqa ölkələrə köçürülməsi planı etirazla qarşılanmağa davam edir.
Oxu.Az xəbər verir ki, "Haber Global" telekanalının mövzuya dair hazırladığı süjetdə Ağ Ev rəhbərinin bu planının HƏMAS, Qərb ölkələri ilə yanaşı, Rusiya və Çin tərəfindən də mənfi qarşılandığı bildirilir.
Qeyd olunur ki, D.Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməzdən qabaq verdiyi açıqlama da mübahisələrə səbəb olub.
Amerika lideri iddia edib ki, Səudiyyə Ərəbistanı İsrail ilə əlaqələrin normallaşdırılması üçün müstəqil Fələstin dövlətinin yaradılması şərtindən vaz keçib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi D.Trampın sözlərini təkzib edən bəyanatla çıxış edib. Qeyd edilib ki, müstəqil Fələstin dövlətin qurulması şərti qəti və dəyişməzdir.
Ətraflı süjetdə:
Seçilən
56
50
oxu.az

10Mənbələr