AZ

USAID barədə gizlinlər: Ermənistana göndərilən pullar nəyə xərclənib?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



USAID 1961-ci ildə Prezident Con Kennedinin sərəncamı ilə ABŞ-nin mülki xarici yardımlarını idarə etmək məqsədilə yaradılmış təşkilatdır.
Bu qurumun sədri və müavinləri Senatın razılığı ilə ABŞ prezidenti tərəfindən təyin edilsə də, USAID bir çox qərarların qəbul edilməsində müstəqil idi. Ancaq zaman keçdikcə USAID ayırdığı maliyyə yardımları ilə dünyada ABŞ-nin agent şəbəkəsini formalaşdırmağa başladı.
Bir zamanlar böyük ümidlərlə yaradılmış bu qurum hazırda müxtəlif şəxslərin korrupsiya yuvasına çevrilib. Yeni Prezident Donald Trampın USAID barəsində verdiyi açıqlamalar da bunu sübut edir.
Təşkilatın müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr də böyük qalmaqallara səbəb olub. Məsələn, Corc Buşun prezidentliyi dövründə İraqın yenidən qurulması məqsədilə 600 milyon dollarlıq müqavilə təklifi vermək üçün seçilmiş 5 icraçı tərəfdaşın hamısının hökumətlə sıx əlaqəsinin olduğu üzə çıxmışdı. Bu vəsaitin böyük qismi yenidən USAID rəhbərliyinə çatdırılıb.
2005-ci ildə isə sözügedən təşkilat Braziliya Konqresində partiyadaxili sədaqətsizliyə görə cəza nəzərdə tutan qanunun qəbul edilməsinə yönəlmiş islahatları dəstəkləmək üçün seminarlar təşkil edib və buna 95 min dollar vəsait xərcləyib.
Bundan başqa, USAID öz missiyasına uyğun olmayan şəkildə Braziliyanın daxili işlərinə müdaxilə edərək ABŞ tərəfdarı sağ partiyaların dəstəklənməsi siyasətini həyata keçirib.
USAID-in Cənubi Qafqazda əsas əməkdaşlıq etdiyi ölkə Ermənistandır. Bu təşkilat vasitəsilə müxtəlif humanitar layihələrə dəstək adı altında İrəvana böyük məbləğlərdə vəsaitlər göndərilib. Lakin Ermənistan mediası bu pulların böyük hissəsinin korrupsiya əməliyyatlarına qurban getdiyi barədə silsilə materiallar dərc edib. Vəsaitlərin çox böyük hissəsi isə şübhəsiz ki, qeyri-rəsmi formada Ermənistanın silahlanmasına xərclənib.
USAID xüsusilə də Cozef Bayden tərəfindən qatı ermənipərəst Samanta Pauerin bu qurumun rəhbərliyinə gətirilməsindən sonra qlobal sülh üçün ciddi təhlükəyə çevrilib. Məhz bundan sonra Azərbaycana qarşı çirkli oyun başlamış, ölkəmizin antidemokratik, Ermənistanın isə demokratik ölkə olaraq dünyaya tanıdılması istiqamətində addımlar atılıb. Ölkəmiz haqqında təhrif edilmiş, həqiqətə uyğun olmayan məlumatların yayılmasında yerli media qurumlarından da geniş şəkildə istifadə edilib.
USAID-in fəaliyyət mexanizmi ölkələrdə media strukturlarını ələ almaq, özünün "müstəqil medialarını" yaratmaq idi. Azərbaycanda "Meydan TV", "Abzas Media", "Toplum TV" və s. kimi media qurumları ilə bu məsələlərlə bağlı əməkdaşlıq edilmiş, onlar vasitəsilə dezinformasiya və qarayaxma əməliyyatları həyata keçirilib.
2023-2024-cü illərdə USAID BBC-nin ikinci ən böyük donoru olub və onun hesabına 2 milyon 613 min avro köçürüb. Bunun özü BBC-nin ölkəmizdə mühakimə olunan Ruben Vardanyanı niyə bu qədər fəal şəkildə dəstəklədiyinə aydınlıq gətirir. Bütün bu baş verənlər USAID-in dünya miqyasında xoş olmayan fəaliyyəti və Azərbaycana qarşı düşmən münasibəti onun ölkəmizdə fəaliyyətini mümkünsüz edib.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
131
50
oxu.az

10Mənbələr