AZ

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

"Google" işçi qəbulunda müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətindən imtina edən növbəti iri ABŞ şirkəti olub.

"Yeni Azərbaycan" bu barədə BBC-yə istinadən xəbər verir.

"Biz bütün əməkdaşlarımızın uğur qazana və bərabər imkanlara malik ola biləcəyi iş yeri yaratmağa çalışırıq", - “Google”ın nümayəndəsi bildirib.

Bundan başqa, texnologiya nəhəngi bu sahədə digər təşəbbüslərini də nəzərdən keçirir.

2021-2024-cü illər ərzində şirkət hesabatlarında DEI prinsiplərini öz işinin ayrılmaz hissəsinə çevirmək niyyətində olduğunu bəyan edib. Lakin qeyd olunur ki, ötən gün dərc edilən son hesabatda bu ifadə öz əksini tapmayıb.

“Google” müxtəliflik siyasətinə münasibətdə kursunu dəyişən növbəti böyük korporasiya olub. Məlumat üçün bildirək ki, daha əvvəl “Meta”, “Amazon”, “Pepsi”, “McDonald's”, “Walmart” və digər şirkətlər öz DEI proqramlarını dayandırıblar.

Havar Şəfiyeva

Seçilən
0
2
yeniazerbaycan.com

3Mənbələr